Bərdədə yanğın

28 Oktyabr 2020 11:39 (UTC+04:00)

Bərdə rayonunun Mollagüllər kəndində həyətyanı sahədə 18 ton ot bağlamasının 8 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.