"Ən böyük arzum Qarabağda konsert verməkdir"

28 Oktyabr 2020 10:18 (UTC+04:00)

Müğənni Ayan Babakişiyeva cəbhə bölgəsində baş verənlərə münasibət bildirib. SİA-nın məlumatına görə, ifaçı bu sözləri dilə gətirib: "Hazırda bildiyimiz kimi cəbhə bölgəsində ağır döyüşlər gedir. Allah Ordumuza güc-qüvvət versin. Şəhidlərimizə Allah rəhmət eləsin. Ailələrinə səbr versin. Yaralı əsgərlərimiz tezliklə sağlamlıqlarına qovuşsunlar.

Onu da qeyd edimki, ən böyük arzum Qarabağda konsert verməkdir. O, günü səbirsizliklə gözləyirəm.

Qarabağ Azərbaycandır!"