İran parlametinin sədri yeni növ koronavirusa yoluxub

28 Oktyabr 2020 08:49 (UTC+04:00)

İran parlametinin sədri Məhəmməd Baqer Qalibaf yeni növ koronavirusa (COVİD-19) yoluxub.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə parlamentin sədri "İSNA" agentliyinə bildirib.

B.Qalibaf deyib: "Mənim apparatımın əməkdaşlarından biri koronavirusa yoluxub. Gecə yarısı mənim də testimin nəticəsi məlum oldu. Testin nəticəsi müsbətdir".

Bildirilir ki, B.Qalibaf hazırda karantindədir, lakin vəzifəsini icra etməyə davam edəcəyinə ümid edir.