İngiltərənin "Liverpul" futbol klubu ötən UEFA Çempionlar Liqasının qrup mərəhələsi çərçivəsində Danimarkanın "Midtyuland" klubu ilə qarşılaşmada tarixinin 10 000-ci qolunu vurub.
SİA-nın "sports.ru" saytına istinadən verdiyi məlumata görə, bu barədə futbol klubunun rəsmi "Twitter" səhifəsində deyilir.
Məlumata əsasən, klubun tarixinin 10 000-ci qolunun müəllifi portuqaliyalı futbolçu Dioqu Jota olub. Bildirilir ki, 10 000-ci qol klubun 5 753-cü oyununda vurulub.