Əlcəzair prezidenti həkimlərin tövsiyəsi əsasında xəstəxanaya yerləşdirilib

27 Oktyabr 2020 22:53 (UTC+04:00)

Əlcəzair prezidenti Abdelmacid Tebbun həkimlərin tövsiyələrinə əsasən xəstəxanaya yerləşdirilib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Əlcəzair prezidentinin Administrasiyasından bildiriblər.

Məlumata əsasən, hərbi hospitala yerləşdirilən Əlcəzair prezidentinin vəziyyətində narahatlıq doğuran bir məqam yoxdur: "Onun vəziyyəti stabildir və heç bir narahatlıq doğurmur".

Bildirilir ki, A.Tebbun vəzifələrini xəstəxanadan icra etməyə davam edir.