Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - MN

27 Oktyabr 2020 19:18 (UTC+04:00)

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.