Erməni tankları ermənilərə qarşı FOTO

27 Oktyabr 2020 16:42 (UTC+04:00)

Azərbaycan ordusunun düşməndən götürdüyü hərbi texnikalar rənglənərək yenidən istifadəyə hazırlanır.

SİA-nın məlumatına görə, ələ keçirilən 8 tankdan 4-ü tam saz vəziyyətdədir. Həmin tanklar Azərbaycan əsgərləri tərəfindən düşmənə qarşı istifadə olunacaq. Təmir işləri aparılan digər tanklar da istifadəyə veriləcək.

Tanklar artıq Azərbaycan ordusunun tanklarının rənglərinə uyğun olaraq boyanıb.