“Euronews” əməkdaşlarına hücum bir daha Ermənistanın simasını göstərir - XİN (VİDEO)

27 Oktyabr 2020 16:08 (UTC+04:00)

Jurnalistlərə qarşı hücumlar beynəlxalq humanitar qaydalarla qadağandır.

SİA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi (XİN) bəyanat verib.

XİN-in “Twitter” hesabında yer alan bəyanatda qeyd olunur ki, Ermənistan beynəlxalq qaydalarla müəyyən olunan öhdəlikləri kobud şəkildə pozaraq jurnalistlərə hücum edir:

"“Euronews” əməkdaşlarına hücumu əks etdirən bu video bir daha mülki şəxslərə və jurnalistlərə hücum edən Ermənistanın simasını göstərir”.