Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu FOTO

27 Oktyabr 2020 14:04 (UTC+04:00)

Xalq artisti Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun oğlu Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. SİA-nın məlumatına görə, bu haqda Əməkdar artist Aybəniz Haşımova məlumat verib.

O, bildirib ki, bu gün Ağdamda dəfn edilən şəhidimiz Azərbaycanın 4 rayonunun işğaldan azad edilməsində iştirak edib.

Aybəniz Haşımova Mənsum İbrahimova baş sağlığı verib və Allahdan ailəsinə səbr diləyib.