“Qarabağ – mədəniyyətimizin beşiyi”: Ağoğlan məbədi

27 Oktyabr 2020 13:20 (UTC+04:00)

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, Ağoğlan məbədi V-VI əsrlərə aid alban monastırıdır.

Laçın rayonu 1992-ci ildə Ermənistan tərəfindən işğal olunduqdan sonra "Cicernavank" adlandırılan abidənin memarlıq quruluşunda və interyerində də dəyişikliklər edilib.