Böyük Qayıdış fəlsəfəsi... - TƏHLİL

27 Oktyabr 2020 13:14 (UTC+04:00)

Bəşəriyyətin bu gün üzləşdiyi böhran hamını narahat edir. Narahatlıq doğuran məsələlərdən biri də dünyanın hər yerində xalqlar arasında yaşanan problemlər və onu aradan qaldırmaq üçün seçilən vasitələrdir. Biz bəşəriyyətin tarixində heç vaxt olmayan bir dönüş mərhələsində, bəşəriyyətin bəlkə də milyon il bundan sonrakı taleyinin həll olunduğu bir vaxtda, insanın bioloji növ kimi təkamülünün istiqamətinin müəyyənləşdiyi bir mərhələdə yaşayırıq. E.Fromm demişkən, “ilk dəfə olaraq insan nəslinin fiziki yaşaması insan ürəyinin radikal dəyişməsindən asılıdır”.

Bu dəyişiklik olmasa bəşəriyyətin məhvi labüddür. Bu gün pulun, var-dövlətin əsiri olan cəmiyyətə daha çox mənəvi dəyərləri qiymətləndirməyi bacarmaq daha çox vacibdir. Özünün, doğmalarının, bütövlükdə bəşəriyyətin sabahı ilə bağlı narahatlıq hissi yaşayan hər kəs üçün bu həyat devizi olmalıdır. Ümid edirik ki, adamlar yarananların məhv olmasına imkan verməyəcək, buraxılan səhvləri düzəldəcək və bəşəriyyətin yaşamasına, insanların xarüqələr yaratmasına şərait yaradacaqdır.

Dünya çətin günlərini yaşayır və hamımız bunu dərk edirik. Bu gün bəşəriyyət yeniyə, yaxşı dünyaya, yeni və yaxşı insana, şəxsiyyətə doğru gedən yolu axtarır. Bu o deməkdir ki, biz gələcəyə nikbin baxırıq. Əgər səhvlərdən və problemlərdən danışırıqsa, bunu pessimist əhval-ruhiyyə kimi qəbul etmək lazım deyil. Belə hesab edirəm ki, görmədiyimiz səhvləri düzəltmək mümkün deyildir. Yaşadığımız sistemin səhvləri də insanın səhvlərindən yaranmışdır. Hər hansı səhvi deməkdən heç kim zövq almır - bu onların məqsədi deyildir. Söhbət növbəti addımı atmaqdan - səhvləri düzəltməkdən, pisdən yaxşıya doğru hərəkət etməkdən gedir. Olan problemin mahiyyətini anlamadan, onu həll etməyin yolunu görmədən nəyi isə dəyişmək, yaxşılaşdırmaq mümkün deyildir. Prezident İlham Əliyevin dediyi kimi, əgər hər kəs öz şəxsi məsuliyyətini başa düşsə və onu yerinə yetirsə, əgər biz gücümüzü birləşdirsək və hiss etsək ki, birgə işləyə bilərik, onda bu gün qarşımızda duran problemləri həll edə bilərik. Nikbinlikdən eyforiya kimi yox, konstruktiv istiqamətlənən realizm kimi, gələcəyə ümidlə baxmaq və onu bu gündən fərqli yaxşı, daha xoşbəxt görmək bacarığı kimi danışmaq lazımdır. Əsrlər boyu bizə qarşı olan haqsızlığa, əsassız torpaq iddialarına, xalqımıza qarşı dəfələrlə törədilən qətilyamlara, soyqırımlara dünyanın biganəliyi xalqda pessimist əhval-ruhiyyə yaratmışdır. Xalqın bu aciz, məğlub durumunu aradan qaldırmağa, onun sabaha olan inamını özünə qaytarmağa, xalq-dövlət birliyinə sözdə yox, əməldə nail olmağa böyük ehtiyac var idi.

Sentyabrın 27-də ölkə prezidentinin xalqa müraciəti yeni həyatın başlanmasına çağırış oldu. Hamı dərk etdi ki, insan üçün ən böyük nemət özünə məxsus olmaq bacarığıdır. İnsan tək olanda özünün kim olduğunu görə bilir-yaxşı olardı ki, təkcə bir yerə çəkilib həyatla, özünüzlə bağlı düşüncələrinizi saf-çürük edə, sabahla bağlı işlərinizi müəyyənləşdirə və hər anınızın qədrini bilməyiniz haqqında düşünəsiniz. İnsan başını dik tutub yaşamağı, dərk edilən və dərk olunmayanların xaricində, külək və dumanın arasından uçan yay kimi daha yüksəklərə, Səmaya doğru yüksəklərə can atmağı bacarmalıdır. Tarix göstərmişdir ki, güllər səpələnən yol heç vaxt şöhrətə apara bilməz, dövlət xadimi bu yolu özü salmalı, ilk dəfə özü getməli, ilk cığıraçan kimi bu yolun məsuliyyətini öz üzərinə götürməyi bacarmalıdır. Vaxtilə Dantenin dediyi kimi, “insanlar nə deyir-desin mən öz yolumla gedəcəm”-devizi ilə yaşayan dövlət başçısı “nəyi, nə vaxt və necə etməyi” bacarırsa bu həmin dövlətdə yaşayan xalqların xoşbəxtliyidir. Ədalətin zəfər çaldığı dünyanın memarı olan Prezidentimiz öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı, “Böyük Qayıdış” əsərinin müəllifi oldu.

Mükəmməl, dəyərli yaşamaq-ən çətin bir şeydir və demək olar ki, heç kəs bizə bunu öyrətmir. Ola bilsin biz müdrik ola bilərik, əvvəlkinə nisbətən bizdə qorxu azalar və özümüzə inam arta bilər, biz ola bilər böyük HƏQİQƏTİ seyr edə bilməyək, ancaq özümüzə inam əldə edəcəyik. İnsan xoşbəxt olanda, sevinəndə, güləndə heç vaxt “bunlar nə üçün mənimlə baş verir?” sualını özlərinə vermirlər. Biz insanlar yalnız çətinliklərlə üzləşəndə, əzab çəkəndə əsil dərs alırıq. Yaşamaq incəsənəti öyrədir ki, biz hər dəfə ağrı hiss edəndə dayanmalı və özümüzə sual verməliyik: ”Nə üçün mən əzab çəkirəm? Bu an həyat mənə nəyi öyrətmək istəyir? Bu ağrıların arxasında nə dayanır? Bütün bunlardan mən nəyi özüm üçün götürməliyəm”.

Dövlət başçısı yaşamağı, ölkəni idarə etməyi öyrənəndə TALE həmişə onun qarşısında müəyyən sınaqlar qoyur və əgər o bu sınaqları dəf edirsə, onda tam inamla yeni sınaqları gözləyə bilər, çünki bunları da dəf etməyə daxili gücü var və başa düşür ki, həyatı məhz bu cür, müəyyən çətinlikləri dəf etməklə öyrənəcək. Müstəqillik əldə edən ölkənin üzləşdiyi çətinlikləri ilk vaxtlardan yaşayan, dövlətimizə qarşı olan ikili standartlarla mübarizə aparan dövlət başçısı uzun illərdən sonra nəhayət ki, qarşımızda dayanan problemin həllinə yeni yanaşmanı bəyan etdi, Azərbaycan dövlətçilik tarixinin, bütövlükdə dünya tarixinin yeni mərhələsinin fəlsəfəsini yazmağa başladı. Son dövrdə yaşananlar dövlət başçısının bu yoldakı qətiyyətli mövqeyini nümayiş etdirdi - prezidentin dünyanı idarə edən nəhəng dövlətlərin liderlərinin zəhmli təzyiqlərinə məhəl qoymadan özünü qüdrətli dövlət başçısı kimi aparması, 30 ilin çətinliklərini dəf etməklə keçdiyi həyat yolundan gəldiyi qənaəti ortaya qoymasıdır. Tarixin inkişafının müxtəlif dövrlərində ayrı-ayrı xalqları, ümumiyyətlə bəşəriyyəti məhv olmaqdan xilas etmək üçün Ulu Tanrının seçim etdiyi peyğəmbərlər olmuşdur-məhz onlar bu böyük missiyanı öz üzərilərinə götürərək İnsanlığı xilas etmişlər - XXI əsrdə bu şərəfli işi yerinə yetirmək missiyası Prezident İlham Əliyevə nəsib oldu.

İndiki dövr keçmişdən gələcəyə gələn uzun bir zəncirin həlqəsidir. İnsan yalnız talenin ona verdiyi tarixi andan yox, bütövlükdə zəncirdən yapışmalıdır. Ancaq bu o demək deyil ki, o, yaşadığı dövrə qarşı laqeyid olmalıdır. Mən əminəm ki, insana bütün bəşəri problemlər, istər mənəvi və maddi, istər iqtisadi və sosial, istərsə də siyasi və istənilən digər problemlər aiddir. Əlbəttə bütün bunlar romantik görünə bilər, bu ideyaları praktikada reallaşdırmaq düşündüyümüz qədər də asan deyildir. Lakin son dövrlərdə baş verən hadisələri hərtərəfli təhlil edən prezidentimizin çıxışları, müsahibələri məndə belə bir əminlik yaratdı ki, bu ideyaları praktikada həyata keçirmək olar. Böyüdüyümüz dünya dağılır: onun mənəvi dəyərləri çatışmır, adamlar çaşıb istiqamətlərini itirmişlər, gənclər yaşlı nəslə qarşı köklənmişlər, siyasi mübarizə uydurulub, siyasi partiyalar bir-birinə qarşı dayanmışlar. Düşünürdüm ki, elə bir hərəkat, qurum yaratmaq vaxtıdır ki, o insanları birləşdirsin, onlar arasında dostluq və qardaşlıq münasibətləri yaratsın, bütöv, yeni və yaxşı dünyanın inkişafına kömək edə bilsin. İndi hadisələri sadəcə olaraq təhlil etmək kifayət deyil, həm də insanın yaxşı olmasına imkan vermək üçün dəyərlər sistemi ümumiləşdirilməlidir.

Bu ağır missiyanı sentyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyev öz üzərinə götürdü və təkcə Azərbaycanın deyil, həm də bölgənin, bəlkə də dünyanın ən yeni tarixini yazmağa başladı və yaranmasına ehtiyac duyulan Yeni dünyanın memarı oldu. Tarix - ağır yükdür, imkan düşən kimi onu atmaq və tez unutmaq lazımdır. Ancaq unutmaq olmaz ki, tarix həm də gələcəyə qurulan heykəlin pyedestalıdır. Tarix təkrarlanmır, lakin tarıx baş verənlərdən, yaşananlardan xalqların necə nəticə çıxarmasını təftiş etməyə meyilllidir. 1918-ci ildə ermənilərin törətdiyi mart qırğınının qurbanlarının dəfn olunduğu Çəmbərəkənd qəbirstanlığını dağıdıb yerində istirahət-əyləncə park yaratdıq, 1990-cı ildə həmin parkın yerində yenə də erməni vəhşiliyinin qurbanları üçün Şəhidlər xiyabanı salmalı olduq-tarix bizi baş verənlərdən nəticə çıxarmadığımız üçün cəzalandırdı.

Uzun illər boyu Qərbdən uzaq düşdüyümüzdən o bizim üçün olduqca cazibədar görünürdü. Bizə elə gəlirdi ki, orada hər şey yaxşıdır: ölkələr, xalqlar firavan yaşayırlar, hər kəs istədiyi həyat şəraiti qurur, həyatını istədiyi ahəngə uyğun kökləyə bilir. Hamının bir-birinin üzünə gülümsəməsi, cöhrələrdə olan təbəssüm ciddi baxışlarla üzləşən bizlər üçün olduqca cazibədar görünürdü. Qərb reallıqları ilə bağlı Sovet mətbuatında gedən yazıları yuxarıların sifarişi ilə hazırlanan qərəzli münasibət kimi qiymətləndirib inanmırdıq-düşünürdük ki, bu yazılar bizləri çaşdırmağa, reallıqdan uzaqlaşdırmağa yönələn yazılardır. Qərbdə pulun hakim mövqeyi bizə çatmırdı, Qərb həyatının maddi durum üzərində qurulduğunu başa düşməkdə çətinlik çəkirdik. Xəyalımızda canlandırdığımız Qərb həyat tərzi reallıqdan uzaq olan bir ilğım idi – bu ilğımın cazibədarlığına aludəçiliyimiz bizi tamam çaşdırmışdır. Bəlkə də bu çaşqınlığın nəticəsi idi ki, imkan yaranan kimi Sovet adamları heç nə fikirləşmədən, heç nəyi götür-qoy etmədən Qərbə can atdı, Qərbə üz tutdu. İlk əvvəl Qərbdə üzləşdikləri reallığı dərk edə bilmədilər, onlar bu reallığın nə qədər qorxulu olduğunu başa düşəndə isə artıq gec idi, geriyə yol yox idi – onlar Qərbə gedən körpüləri keçəndən sonra onları yandırmışdılar. Sofokl yazır ki, zaman gizli olanların hamısını açır, aydın olanları isə gizlədir. Keçən hər bir an bizim üçün qaranlıq olan çox məqamlara işıq saçır və biz sabah yaxşı olacaq ümidi ilə yaşayırıq. Məncə “sabah” sözü qətiyyətsiz adamlar və uşaqlar üçün uydurulmuşdur. Axı bu gün Günəş mənim üzümə dünən haqqında düşünmək üçün şölə saçmır. Reallığı daha yaxşı görmək üçün nostolji hisslərdən uzaqlaşıb xəyallardan qaçmaq lazımdır – yalnız belə olduqda bu gün baş verənləri daha yaxşı anlaya bilərik. Təəssüf ki, baş verənlərin nə dərəcədə qorxulu olduğu çoxları üçün hələ də qaranlıqdır – bəşəriyyətin başının üstünü alan təhlükə, bəşəriyyətin sürətlə süquta doğru irəliləməsini hamı seyr etsə də hələlik hamı gözləmə mövqeyində dayanmışdır. Artıq neçə illərdir ki, həyatımıza sirayət edən maddiləşmə, pulun cəmiyyətdə hakim mövqe tutması, mənəvi dəyərlərin cırlaşması nəticəsində həyatımızın mənasına çevrilmiş primitivləşmə, həyat meyarımız olan eqoizm, artıq bütün həyatımızı bürüyən anormallıq qarşısında aciz qalmışıq. Vəziyyətin pis olduğunu anlasaq da nə edəcəyimizi bilmirik. Həyatımız sakit addımlarla gələcəyə doğru – həm də qorxulu, fəlakətli gələcəyə doğru gedir. Cəmiyyətdə baş verənlərin qorxusundan yaranan qıcolma ayağımızı atmağa imkan vermir, beynimizdə olan spazma isə düşünməyimizə mane olur. Bunların hər ikisi qorxudan yaranmışdır. Nədən qorxuruqsa onu daha çox özümüzə tərəf dartırıq və bu qorxu getdikcə artır. Müasir sivilizasiyanın yaratdığı qorxu getdikcə artır. Özümüzü cəsarətli göstərmək üçün nə qədər qorxunu boğmağa çalışsaq da qorxu bir o qədər bizə hakim kəsilir-bu qorxu həm də xristian dövlətlərin dünyüya ağalıq etmək ambisiyasından irəli gəlir.

Dünyanın demək olar ki, hər yerində mövcud olan münaqişələrin arxasında aparıcı dövlətlərin pul qazanmaq niyyəti dayanır-silah satmaqla varlanmaq istəyən bu dövlətləri bu silahların gətirdiyi dəhşətlifaciələr narahat etmir. Pulun gətirdiyi bəlalar hamıya məlumdur – pula görə adamlar bir-birinə düşmən olur, pul üçün insanı məhv edən narkotik bitkilər becərilir, silah satışı genişlənir, qadın alveri artır – bütün bunlara baxmayaraq insanlar getdikcə pula daha çox aludə olurlar. Bu gün savadı olmayan, müxtəlif yollarla pul qazananın, mənəvi cahillərin cəmiyyətdə hörməti ziyalıdan, professordan üstündür. Pul insanları öz qınına çəkilməyə məcbur etmişdir, hamı yalnız onun üçün, onunla yaşamağa üsütünlük verməkdədir. Bu Qərbin bəşəriyyətə bəxş etdiyi, zorla qəbul etdirmək istədiyi reallıqdır. Prezident İlham Əliyevin Qərbin bu qorxulu durumunu, onun Şərq dəyərlərinə olan biganəliyini, dünyanı dini qarşıdurma ilə üz-üzə qoymasını tənqid edərək Avropaya inteqrasiyadan imtina etməyini cəsarətlə bəyan etməsi qürur hissi doğurur. Otuz ildir yaşadığımız hərbi münaqişəyə, torpaqlarımızın işğal altında olmasına laqeyid yanaşan dünya tarixi ədaləti bərpa etməyimizə qısqanclıqla yanaşmağını, prezidentimizin qətiyyət nümayiş etdirməsindən narahat olmağını gizlədə bilmir. Atəşkəs rejimi olmasına baxmayaraq demək olar ki, hər gün ermənilərin rejimi pozması nəticəsində şəhid versək də bu hala dünya susurdu, münaqişənin həlli üçün məsuliyyəti öz üzərinə götürmüş böyük dövlətlər heç bir reaksiya vermirdi. Hələ bu azmış kimi münaqişəni nizamlamaq missiyasını öz üzərinə götürən dövlətlərin bu illər ərzində qarşı tərəfi silahlandırması, torpaqları işğaldan azad etməyə “etnik” don geyindirməyə cəhd etməsi dünyanı bu gün hansı bəlaların gözləməsinin göstəricisidir. Bu günlərdə Valdayda Azərbaycan ordusunun işğal olunmuş ərazilərdəki uğurlarından narahat olan, münaqişənin dinc yolla həll olunması missiyasını 30 ildir həll etməyə maraqlı olmayan Minsk qrupunun həmsədr dövlətlərindən birinin başçısının “xristian qardaşlığı” ilə bağlı bəyanatı Azərbaycan Prezidentinin görkəmli sərkərdə, yetkin siyasi xadim, xalqı bir yumruq kimi birləşdirməyə qadir olan şəxsiyyəti qarşısındakı narahatlığının göstəricisidir. İtdən soruşurlar ki, “niyə hürürsən?”-deyir “qorxuduram”, “bəs niyə quyruğunu qısırsan?”-“qorxuram”-deyə cavab verir.

Qərb, xristian dünyası bizim böyük Qayıdışımızdan, bu Qayıdışın memarı olan Ali Baş Komandanımızın böyük sərkərdəliyindən, qətiyyətliliyindən narahatdır - bu gün torpaqlarımızı yadelli düşmənlərin tapdağından xilas etmək üçün başladığımız zəfər yürüşü onları məyus edir. Bu tarixi Qayıdışdır, tarixi ədaləti bərpa etmək, tarixin müxtəlif dövrlərində xalqımıza qarşı olan haqsızlığın aradan qaldırılması üçün Ali Baş Komandanın başladığı müqəddəs işdir.

İlkin olaraq 2020-ci ildən 1988-ci ilə Qayıdış olmalıdır - işğal olunmuş 20 faiz torpaqlar geri qaytarılmalı, öz dədə-baba yurdlarından didərgin düşən soydaşlarımız öz torpaqlarına dönməlidirlər.1918-ci il mayın 29-da Xalq Cümhuriyyətinin Milli Şurası İrəvanı Ermənistana inzibati mərkəz kimi güzəştə gedəndə irəli sürülən əsas tələblərdən biri məhz Qarabağa qarşı erməni iddialarının götürülməsi idi. Lakin erməni dığaları bu razılaşmanı pozaraq Qarabağa qarşı yenidən əsassız iddialarla çıxış etməyə başladı. 1920-ci il 22 martda Şuşada ermənilərin bolşeviklərin köməyi ilə qaldırdığı qiyamla Qarabağ ətrafında hadisələrin yeni mərhələsi başlandı. 1921-1923-cü illərdə bütün Qafqaza faktiki nəzarəti həyata keçirən Rusiya K(b)P MK Qafqaz Bürosu Qarabağ məsələsində birtərəfli ermənipərəst mövqe nümayiş etdirirdi. 1921-ci ilin iyulunda Rusiya K(b)P MK Qafqaz Bürosunun plenumunda qərara alınır: “Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyini, Yuxarı və Aşağı Qarabağın iqtisadi bağlılığını, onun Azərbaycanla daimi əlaqəsini nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın, ona inzibati mərkəzi Şuşa olmaqla geniş muxtariyyət vilayəti verilsin”.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (AMİK) iyulun 7-də mərkəzlə razılaşdırılmış dekret qəbul edir: Dağlıq Qarabağın ermənilər yaşayan ərazisində Azərbaycan SSR-in tərkib hissəsi kimi mərkəzi Xankəndi olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılsın. Azərbaycan vilayətlərində məskunlaşdırılan erməni əhalisi rusların köməyi ilə 1918-ci ildə bu torpaqlarda əvvəlcə Ermənistan adlı dövlət qurmağa müvəffəq oldu, beş il sonra isə Dağlıq Qarabağ muxtar vilayəti statusu aldı. 1923-cü ildə Azərbaycanın altına qoyulan “gec partlayan bomba” - DQMV-də cərəyan edən və günü-gündən genişlənən ekstremist meyillər 80-ci illərə qədər arabir açıq təzahür edərək yaşamaqda davam etmişdir.

Akademik A.Aqanbekyanın 1987-ci il noyabr ayının 18-də Fransanın “Humanite” qəzetinə verdiyi müsahibəsi, “Krunk”un rəhbərlərinin “Moskva onların müstəqillik tələblərini müdafiə edəcəkyini vəd edib” şayələri və M.Qorbaçovun köməkçisi D.Şahnazaryanın “baş katib ermənilərin öz müqəddəratını təyinetmə haqlarına hörmətlə yanaşır və onların tələblərini qanuniləşdirməyə hazırdır” bəyanatları separatizm meyillərinin aşkar büruzə verilməsi üçün siqnal rolunu oynadı. 1988-ci ilin yanvar ayınadək Qarabağ münaqişəsinin yeni mərhələsinin startı üçün bütün hazırlıq yekunlaşmışdır-fevraldan Xankəndidə mitinqlər başladı.

Bakının baş verən bu separatist meyilləri neytrallaşdırmaqda tərəddüd göstərməsi, həmçinin vilayət rəhbərliyinin ictimai asayişi pozan hadisələri yatırtmağa xüsusi həvəsinin olmaması saqqallıların real güc mərkəzinə çevrilməsinə və Ermənistandan göndərilən tapşırıqlara uyğun olaraq vəziyyəti daha da gərginləşdirmələrinə münbit şərait yaradır. Fevralın 20-də Vilayət XDS-nın fövqəladə iclasında DQMV-nin Ermənistana birləşdirilməsi ilə bağlı təklif müzakirəyə çıxarılır. Həmin gün bölgəyə gələn Sov. İKP MK-nın şöbə müdiri M.Yaşin, Azərbaycanın rəhbəri K.Bağırov və Ali Sovetin sədri S.Tatlıyev, eləcə də vilayət partiya komitəsinin rəhbəri B.Gevorkov sessiyanın təxirə salınması ilə bağlı təkliflə çıxış etsələr də, onlar fit sədaları altında binadan qovulurlar. Altı il öncə bu ermənilərin Azərbaycan rəhbərinin qarşısında nəinki fit çalmağa, heç səslərini çıxarmağa cürətləri çatmırdı, onlar Azərbaycan rəhbərinin qarşısında ikiqat təzim edərək onun adi göstərişini yerinə yetirməkdən belə xoşbəxt olduqlarını dönə-dönə bəyan edirdilər. Həmin vaxtlar bu ermənilərin Azərbaycan, Bakı adı gələndə ürəklərinə vəlvələ düşür, millətimizin hər hansı bir nümayəndəsinin qarşısında öz cılızlıqlarını etiraf edirdilər. Hənin vaxtlar onlar azərbaycanlıların mərhəməti sayəsində çörək tapan erməni, biz isə ermənilərin miskinliyindən və namusundan iyrənən azərbaycanlılar idik. 1982-ci illə 1988-ci il arasında dəyişən fərq isə yalnız azərbaycanlıların əzmkarlığında və ermənilərin cəsarətində deyildi, həm də Azərbaycanın xeyrinə işləməyən zamanın ziddiyyətli mahiyyətində özünü büruzə verirdi - ən əsası isə Azərbaycanın varlığını təcəssüm etdirməli olan rəhbər altı il öncəki rəhbər deyildi.

Vilayət XDS-nin sessiyasının DQMV-nin Azərbaycan SSR-nin tabeliyindən çıxaraq Ermənistan SSR-in tərkibinə daxil olması barədə qərar qəbul etməsi Azərbaycanın ərazi bütövlüyünə təhlükə və SSRİ Konstitusiyasına zidd olmaqla yanaşı, həm də İttifaq miqyasında muxtar subyektin separatizm meyillərinin ilk qığılcımı idi. Hadisənin səhəri günü Vilayət PK-nın plenumu DQMV PK-nın birinci katibi B.Gevorkovun vəzifəsindən azad edilməsi ilə bağlı qərar qəbul edir, onun yerinə ekstremist “Krunk” təşkilatının rəhbəri, Xankəndidə keçirilən qanunsuz mitinqlərin aparıcısı olan V.Poqosyan təyin olunur. Mərkəzi rəhbərliyin, eləcə də Bakının razılığı ilə Dağlıq Qarabağ rəsmən baş separatçının nəzarətinə verilir. Beləliklə, vilayətdə saqqallıların başladığı avantüra qısa zaman ərzində uğurla tamamlanır və Azərbaycan rəhbərliyinin məsələyə laqeyd münasibəti artıq erməni əhalisində olan xofu da tamamən dağıdır. 1988-ci ildə erməni separatçılarının qısa müddət ərzində qazandığı uğurların əsas səbəbi Moskvadan aldıqları genişyönümlü dəstək olsa da, rəsmi Bakının nümayiş etdirdiyi susqunluq və laqeyd münasibət də məlum proseslərin nəzarətdən çıxmasını şərtləndirdi.

1988-ci il fevral ayının son günlərində Sumqayıtda ilk mitinqlər başlayır. Fevralın 27-də başlanan mitinq səhərisi günü yürüşə çevrilir: yürüş tezliklə pərakəndə aksiya halını alır və yürüşdən ayrılan qrup erməni mənzillərinə hücum edir-erməni talanlarına rəhbərlik edən şəxs məhz erməni Eduard Qriqoryan olmuşdur. Sonradan məlum oldu ki, erməni lobbisinin sifarişi ilə gerçəkləşən “Sumqayıt genosidi” SSRİ DTK-sı tərəfindən hazırlanıb və əsasən erməni millətindən təşkil olunan xüsusi qrup tərəfindən həyata keçirilmişdir.

1988-ci ilin may ayında Bakıdakı plenumda iştirak edən DQMV Partiya Komitəsinin birinci katibi Poqosyan iclası yarımçıq tərk edərək Xankəndiyə qayıtdı və burada rəsmən bəyan etdi ki, o, nəinki bir də Bakıya getməyəcək, hətta DQMV ərazisində Azərbaycan qanunları işləməyəcək. Beləliklə, vilayətlə Bakı arasında olan kövrək inzibati əlaqələr də tamamilə kəsildi. 1989-cu ilin 12 yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmana əsasən Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla bölgədə bilavasitə Moskvaya tabe olan xüsusi idarə forması yaradıldı. 1991-ci ilin 27 noyabrında Azərbaycan Ali Soveti Dağlıq Qarabağda muxtar vilayət statusunu ləğv edəndə vilayət artıq tamamən Ermənistanın nəzarətinə keçmişdi.

1992-ci ilin ilk günlərindən etibarən Dağlıq Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinin işğalına başlanıldı. 1992-ci il yanvar-fevral aylarında Kərkicahan, Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktı törətdilər. Xocalı faciəsi zamanı 613 nəfər (o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca) öldürüldü, 1000 nəfər əlil oldu, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-nin taleyi hələ də məlum deyildir. 1992-ci ilin mayında Şuşanın süqutu ilə faktiki olaraq bütün Dağlıq Qarabağın ərazisi işğal edildi. Laçının işğalı ilə isə Ermənistandan Dağlıq Qarabağa dəhliz açıldı və bu “humanitar dəhliz”, əslində, qanlı körpüyə çevrildi. Laçın vasitəsilə qısa zamanda külli miqdarda silah, döyüş sursatı, hərbi qüvvə əldə edən ermənilərin daha sonra işğal etdikləri Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazisi (17 min kv.km) Dağlıq Qarabağın ümumi ərazisindən (4400 kv.km) dörd dəfə böyük idi. Ümumiyyətlə, Ermənistanın işğalçı hərbi dəstələri Azərbaycan sərhədlərinin 360 km-lik sahəsində irəliləyərək ərazilərimizin 20 faizədək hissəsini işğal etmiş, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 km-lik Azərbaycan-İran sərhədlərini nəzarət altına almışdır. Erməni işğalları nəticəsində Dağlıq Qarabağ ərazisində 50 minədək azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd tutuldu. Dağlıq Qarabağdan kənarda aparılan işğallarla birlikdə 890 şəhər, kənd və qəsəbə ermənilərin əlinə keçdi. Azərbaycanın civə, obsidian və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materiallarının 35-60 faizi, meşə fondunun 24 faizi, su ehtiyatlarının 7,8 faizi işğal olunmuş torpaqların payına düşür. Burada 2 qoruq və 3 yasaqlıq, 3 iri su anbarı da yerləşir.

Beləliklə, münaqişənin 80-ci illərdəki nəticəsində Ermənistanda yerləşən 185 Azərbaycan kəndindən 250000 çox həmvətənlərimiz qovulub, 31000 yaşayış evi, 165 kolxoz və sovxoz, çox sayda mal qara qarət olunmuş, 225 nəfər öldürülmüş, 1154 yaralanmışdır. Azərbaycanın 12 rayonu (təqribən 20 faiz), 700 yaşayış məntəqəsi işğal olunmuş, 24 min azərbaycanlı qətlə yetirilmiş, 4 minə qədər dinc əhali əsir düşmüş, itkin düşmüşlərin sayı 4965 nəfərə çatır. Onlardan 320 nəfəri qadın, 69 nəfəri isə uşaqdır. 783 nəfər əsirin 43 nəfəri qadın, 18 nəfəri isə uşaqdır. Erməni əsirliyindən qurtarılan 1325 nəfərdən 312 nəfəri qadın, 125 nəfəri isə uşaqdır. 1994-cü ildən indiyədək Ermənistan ərazisində əsirlər üçün 6 düşərgə mövcuddur: Vardenis uşaq düşərgəsi (250 nəfər), Razdan uşaq düşərgəsi (180 nəfər), Xankəndi uşaq düşərgəsi (180 nəfər), Geçaşen qadın düşərgəsi (320 nəfər), Cermuk qadın düşərgəsi (250 nəfər), Kəlbəcər qadın düşərgəsi (150 nəfər).1992-ci ilin əvvəllərində Azərbaycan-Ermənistan münaqişəsi artıq beynəlxalq məkanın fəal diplomatik müzakirələr predmetinə çevrildi. 1993-cü ilin noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan Ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl və Kəlbəcər rayonları ərazisinin bir hissəsi də düşməndən azad edildi, düşmən strateji yüksəkliklərdən qovuldu, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı. Nizamlama prosesində yeni mərhələ Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də ciddi təşvişə saldı. Azərbaycan Respublikası belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek Protokolunu imzaladı. 1994-cü il mayın 12-də cəbhə bölgəsində atəşkəsə nail olundu. Bundan sonra ATƏM-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı və münaqişənin nizamlama prosesi yeni mərhələyə qədəm qoysa da 30 il ərzində heç nəyə nail olunmadı. Nəhayət ki, 2020-ci ilin sentyabrın 27-də tarixi ədalətsizliyi aradan qaldırmaq üçün qəti addımlar atıldı-Böyük Qayıdışın birinci mərhələsi başlandı.

İkinci mərhələdə Qayıdış yürüşü 1988-ci ildən 1918-ci ilə olmalıdır - torpaqlarımızın İrəvanla başlanan parçalanması kimi tarixi ədalətsizlik bərpa edilməlidir. Sovet milli siyasəti nəticəsində torpaqlarımız zaman-zaman pay-püşk edilmişdir-Şəmşəddil, Zəngəzur, Dərələyəz, Vedibasar Ermənistana, Borçalı Gürcüstana, Dərbənd Rusiyaya verilmişdir. 1926-cı ildə Naxçıvan MSSR ərazisindən (5988kv.km-dən) 658,4 kv.km, 1929-cu ildə Qazax qəzasının 45,7 kv.km meşə sahəsi ermənilərə pay verilmişdir. 1930-cu ildə Zəngilanın Əldərə, Nüvədi, Ordubadın Ləhvaz, Astazur yaşayış məntəqələri Ermənistana verilmiş, bu ərazidə Mehri rayonu yaradılmış, Naxçıvan blokadaya alınmışdır. Ermənistan ərazisi 9 min kv.km-dən 30 min kv.km-ə çatdırılmışdır-Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılmışdır.Ermənistan 90-cı illərdə işğal etdiyi ərazilərlə birlikdə 45 min kv.km əzəli Azərbaycan torpaqlarını nəzarət altına almışdır.

30-cu illərdə Vedibasarın, Zəngibasarın, Qəmərlinin, Dərələyəzin, Ağbabanın və digər bölgələrin əlli mindən artıq türk əhalisi ailəliklə Qazaxstan çöllərinə sürgün edilmişdilər. 1936-37-ci illər repressiyası zamanı Ermənistanda da, ilk növbədə orada yaşayan türk ziyalıları təqiblərə məruz qalmışdılar. On minlərlə türk həmin illərdə “troyka”nın qərarı ilə həbs edilmiş, onların xeyli hissəsi güllələnmişdir. 1948-1953-cü illərdə azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası haqqında SSRİ hökumətinin qərarı artıqlaması ilə yerinə yetirilmişdir - həmin qərarla Ermənistanın 23 rayonundan 100 min azərbaycanlı əhalinin könüllü köçürülməsi nəzərdə tutulmuşdusa da, əslində qərarın icrası zorakı təzyiqlər vasitəsi ilə həyata keçirilmiş, 24 rayondan və İrəvan şəhərindən (200 yaşayış məntəqəsindən) 150 minə yaxın azərbaycanlı deportasiya edilmişdir. 1989-cu ildə SSRİ hökuməti 40-cı illərdə deportasiyaya məruz qalmış xalqların hüquqlarının bərpası haqqında qərar qəbul etsə də, 1948-1953-cü illərdə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar həmin xalqların siyahısına daxil edilmədi.

Əgər 1915-1920-ci illərdə azərbaycanlı əhali Ermənistanda soyqırıma, 1930-37-ci illərdə repressiyaya məruz qalmasaydı, 1948-1953-cü illərdə 150 minə yaxın əhali deportasiya edilərək, Azərbaycana köçürülməsəydi və bu köçürülmə ilə yanaşı mədəni-maarif ocaqları bağlanmasaydı, rəhbər kadrlar sıxışdırılıb çıxarılmasaydı, azərbaycanlı əhalinin yüksək təbii artımı nəticəsində 80-ci illərin sonunda Ermənistanda azərbaycanlıların sayı ermənilərin sayına nisbətən çoxluq təşkil edəcəkdir. Bu təhlükəni Ermənistan rəhbərləri əvvəlcədən hiss edir və vaxtında tədbir görürdülər. Ermənistandan azərbaycanlı əhalinin köçürülməsi ilə əlaqədar o dövr Ermənistan mətbuatı, o cümlədən “Sovet Ermənistanı” qəzeti heç bir iz buraxmamışdır. 1948-1953-cü illərdə “Sovet Ermənistanı” qəzetinin səhifələrində yalnız onu müşahidə etmək olur ki, kəndlərdə əhalinin milli tərkibi tədricən dəyişir, müsəlman kəndləri erməni kəndlərinə çevrilir.

Üçüncü mərhələ 1918-ci ildən 1800-cü ilə - rusların Qafqaza gəlişi ilə başlanan zaman-zaman itirdiyimiz torpaqlarımıza Qayıdış olmalıdır. Qarabağı təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın da ən qədim tarixə malik diyarlarından biridir. Qarabağ ərazisi qədim Azərbaycan dövlətlərinin hamısının tərkibində olub, ərazidə qeydə alınan 1300 toponimik vahidin hamısı Azərbaycana məxsus idi. Qarabağ xanlığının ərazisində 5 məliklik-Vərəndə, Çiləbörd, Xaçın, Dizaq, Gülüstan mövcud idi. Xaçın istisna olmaqla, digər məlikliklərin sakinləri əslən Qarabağdan deyildilər, onlar erməni olmayıb keçmiş alban nəsillərinin nümayəndələri olmuşlar. XVIII əsrin sonu-XIX əsrin əvvəllərindən etibarən Rusiyanın Azərbaycandakı işğalçılıq fəaliyyəti gücləndi. Qarabağ xanı İbrahimxəlil xan imperiya qoşunlarının komandanı Sisianovla Kürəkçay müqaviləsi bağladı. Müqaviləyə əsasən, Qarabağ xanlığı məhz Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu-bu müqavilə Qarabağın Azərbaycana məxsus olduğunu sübut edən ən mötəbər sənəddir. Bu dövrdən sonra Qarabağa ermənilərin köçürülməsi dinamik xarakter aldı. 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqavilələrinə əsasən, ermənilərin İrandan və Türkiyədən kütləvi şəkildə Şimali Azərbaycana, o cümlədən Qarabağa köçürülmələri rəsmiləşdirildi. Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illərdə Şimali Azərbaycana İrandan 40 min, Osmanlı imperiyasından isə 90 minə qədər erməni köçürüldü. Qarabağ əyalətində olan 20095 ailədən 15729-u azərbaycanlı, 4366-sı erməni və alban idi. 1832-ci ildə çar Rusiyası tərəfindən Qarabağ bölgəsində əhalinin siyahıyaalınmasının nəticəsinə görə etnik tərkibin 64,8 faizini azərbaycanlılar, 34,8 faizini ermənilər təşkil edirdi. Ümumiyyətlə isə 1916-cı ilədək Qarabağda əhalinin 51 faizi azərbaycanlılar, 46 faizi ermənilər idi. XIX əsrin sonlarından etibarən ermənilərin Azərbaycan ərazisində başladıqları soyqırımı siyasəti qanlı məcrada davam edirdi.

1828-ci il martın 21-də I Nikolay Erməni vilayəti yaradılması haqqında fərman verilir-yeni təşkil edilmiş Erməni vilayətində müsəlmanların sayı 81749 nəfər (16078 ailə) və ermənilərin sayı 25131 nəfər (4428 ailə) olmuşdusa, İrandan erməniləri köçürdükdən onların sayı 60691 nəfərə (11377 ailə) çatmışdır. Bununla da ermənilərin sayı 24 faizdən 43 faizə qalxmışdır. Rus tədqiqatçısı İ.N.Şavrov yazırdı: “1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 mindən çox İran və 84600 Türkiyə ermənisi köçürülmüş və onları erməni əhalisinin cüzi olduğu Yelizavetpol (Gəncə) (Qarabağ ərazisi bu quberniyaya daxil idi) və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişdir. 1896-cı ildən 1908-ci ilə kimi Zaqafqaziyaya, o cümlədən Qarabağa 400-min erməni köçürülmüşdür”. Xristian dünyası bizdən soruşmadan, bizim fikrimizlə razılaşmadan bizim evimizdə öz qaydasını qurmuş, bizimlə necə gəldi rəftar etmiş, torpaqlarımızda yadelliləri yerləşdirməklə öz hegamonluqlarını göstərmişlər. Ameikada yerli aborigen xalqları rezervuarlarda saxlayan, onlara qarşı soyqırım edən, Afrika xalqlarına qətlyamlar yaşadan, qrtıq 50 ildir Əfqanıstanda “asayişi bərpa edən”, Şərq dünyasına “ərəb baharı” yaşadan xristian dövlətlərinin yalançı demokratiya şüarlarını ifşa etmək missiyasını məhz Prezidentimiz öz üzərinə götürdü. Ali Baş Komandan son iki yüz ildə xalqımıza qarşı düşmən mövqe nümayiş etdirən xristian dünyasını dayandırmağın, tarixi ədalətsizliyə son qoymağın, qəlblərə hakim kəsilən biganəlik və dözümlülük buzunu əritmək üçün cəsarətli addım atmağınvaxtının nəhayət ki, yetişdiyini sentyabrın 27-də xalqa müraciətində bəyan etdi.

Cəsarətli adam heç vaxt “yox” demir, o həmişə “hə” deyir. Əgər cəsarətli adama risk etmək maraqlı olsa o hər şeyi götür-qoy etdikdən sonra bu addımı atar. Cəsarətli adamlar hətta vulkan kraterinə belə girə bilərlər – ancaq bunu onlar öz cəsarətlərini sübut etmək üçün yox, Yerin təkini öyrənmək üçün edirlər. Bu gün cəmiyyətin üzləşdiyi böhranı etiraf etmək üçün cəsarətli olmaq tələb olunur. Əgər biz yaranan vəziyyətin nə qədər qorxulu olduğunu etiraf etsək, onda bu fəlakətin qarşısını almaq bir o qədər mümkün ola bilər. İndiki duruma “yox” demək, qloballaşmanın və inteqrasiyanın bu sürətlə bizi öz ağuşuna almasına etiraz etmək böyük cəsarət tələb edir. Bu az qala axına qarşı üzməyə cəhd etməyə bənzəyir. Hamı sizi qınayacaq, sizi tənqid edənlər, sizi təcrid etməyə cəhd edənlər çoxalacaqdır. Bəzi dövlətlər sənin istehsal etdiyin mallarını almamaq üçün xalqına müraciət edəcək, bəziləri iqtisadi sanksiyalarla səni qorxutmaq kimi düşük addımlar atacaqlar-onlar unudurlar ki, sən artıq onların düşündüyü kimi qəbilə dövlətin yox, qüdrətli bir ölkənin başçısısan. Bir halda ki, söhbət xalqın, bəşəriyyətin taleyindən gedir, onda cəsarətli olmaq, qətiyyətlə “yox” deməyi bacarmaq vaxtı çoxdan çatmışdır. Qürurverici odur ki, məhz Azərbaycan Prezidenti mövcud durumda qətiyyətlə “yox” deməyi bacaran ilk dövlət başçısı oldu. Avropanın ikili oyunlarını ifşa edən, onların xristian ambisiyalarını, Şərq dəyərlərinə biganəliklərini, İslam dininə qarşı düşmən münasibətlərini tənqid edən Prezidentin nə qədər haqlı olduğunu zaman sübut etdi-öz ərazisini işğalçı ordudan təmizləməyə qərar verən Azərbaycan Ali Baş Komandanının qətiyyətli addımı xristian dünyasını silkələdi. Fransa prezidentinin ardınca Rusiya dövlət başçısı da haqqın-ədalətin yox, “xristian qardaşlarının”müdafıəsinə qalxdı, Azərbaycana qarşı böhtan deməkdən belə çəkinmədi. Makronun, digər Avropa liderlərinin Qafqazda baş verənləri, Qarabağ münaqişəsinin köklərini bilməməsini qəbul etmək olar, ancaq keçmiş DTK əməkdaşının Sumqayıt hadisəsini təhrif etməsi, Xocalı faciəsini unutması, guya Qarabağda “xristian qardaşlarına” qarşı ədalətsizliklərin olduğunu dilə gətirməsi təəccüb və təəssüf doğurur. Hətta ermənilərin baş naziri belə Xocalı faciəsini etiraf edir, bu hadisənin rusların 366-cı motoatıcı alayının törətdiyini bəyan edir, ancaq Rusiya prezidenti düşünür ki, Xocalıda qətlə yetirilənlər onun “xristian qardaşlarıdır”. Rusiyada kifayət qədər müsəlmanlar yaşayır, ölkə prezidenti öz səlahiyyətlərini icra etməyə başlayanda əlini konstitusiyanın, müqəddəs kitabların üstünə qoyub hər bir vətəndaşının hüquqlarını-istər xristian olsun, istərsə də müsəlman-qoruyacağına and içir, sonra isə andını unudub “xristian qardaşlığından” danışır.Əgər biz daxilimizdə olan müdrikliyi vaxtında dərk edə bilsəydik, onda onun üstünü açardıq ki, bu müdriklik baş verənləri başa düşməyimizə kömək etsin. Biz isə öz müdrikliyimizdən daha çox bizə deyilənərə, reklam olunanlara, təbliğata inamışıq-müasir ideologiya isə bizləri naməlumluğa doğru sürəkləyir. Özümüzü dərk edə bilsəydik hər bir sonrakı anı hiss edə bilərdik-hər hansı sual yaranmamış onun cavabını tapa bilərdik. Sentyaabrın 27-dən dünyaya bəyan etdik ki, bizimlə daha necə gəldi davranmağa, yüksək, amiranə tonla danışmağa heç kimin haqqı yoxdur.

Qərb əlinə düşən fürsətdən istifadə edib öz ideyalarını həqiqət kimi, fanatcasına dünya xalqlarına qəbul etdirməkdə davam edir. Qərbin təsir dairəsi genişlənməkdədir-təkcə Qərb həyat tərzi zorla qəbul etdirilmir. Artıq Qərbin maddiləşmə, primitivləşmə, eqoizm, anormallıq kimi xüsusiyyətləri bütün dünyada öz təsdiqini tapmışdır: öz nefti ilə qürrələnən ərəb dünyası da “qloballaşma və inteqrasiyanın” nişangahına çevrilmişdir. Qərb Avropa dövlətlərinin yaratdığı “Avropa İttifqı” dərnəyinə daxil olmaq istəyən dövlətlər qarşısında şərtlər qoyur, yalançı vədlərlə bu dövlətləri bu dərnəyə qoşulmağa şirnikləndirirlər. İnsan nüfuzlu bir adamdan yapışır, onu bütləşdirir, bütün ümidlərini ona bağlayır-nə isə dəyişən kimi dərhal sarsılır. Onun həyat sadəlöhvlüyü onu nəyəsə pərəstiş etməyə sövq etdirir, bu da gözlənilməz hadisələri labüd olaraq yaradır. Kiməsə deyəndə ki, sənin pərəstiş etdiyin, bütləşdirdiyin adam yalançıdır, oğrudur, çoxlarını aldadıb, nə isə götürüb yoxa çıxıb adam qorxudan yerində donub qalır. Bu onun heç ağlına da gəlmir, deyilənlərə inanmaq istəmir, ancaq bu hal onun başına gələndə fakt qarşısında donub qalır. Əvvəllər fikirləşirdi ki, onu fikrindən döndərmək üçün bu deyilənləri uydurublar. Faktla üzləşəndə isə “İlahi, indi necə olacaq?” deyə təəccüblənir. Bir an sonra aldandığına görə qəzəblənir. Əgər əvvəllər kimlərsə onun bütünü pisləyirdisə indi o özü öz bütünü dağıdır-Qərblə bağlı yaratdığımız bütün dağıdılması vaxtının çatdığını bizim Prezidentimiz elan etdi.

Qoçaq olmaq, ağılsız olmaq yox, güclü olmaq və layiqli yaşamaq deməkdir. Soyuqqanlılıq-özünü idarə etməyi bacarmaqdır, hər vaxt ədalətli ölçünü gözləmək, yüksək, mənəvi tarazlığı saxlamağı bacarmaqdır. “Ağıllı” sözünü müxtəlif formada şərh etmək olar. Ağıllı olmaq müdrik olmaq deməkdir: yalnız bilən adam ağıllı ola bilər. Bilməyən adam ehtiyatsız olur: o başını aşağı salıb hər cür sərgüzəştlərə düçar olur, heç bir ölçüsü olmur, düşündüyündən tez hərəkət edir. Konfutsi yazırdı ki, “ağıllı adam bir problem haqqında iki dəfə düşünür. Bir dəfə düşünmək-çox azdır, üç dəfə düşünmək isə artıq çoxdur. Məhz iki dəfə düşünmək tələb olunur. Bu ağıllılıqdır, müdriklikdir”. Özünü “qoçaq oğlan” kimi göstərmək istəyən Ermənistanın düşük baş nazirinin Şuşada əyyaşlıq etməsi, Balayan kimi qatillərlə yallı getməsi, özü üçün “qüdrətli dövlət başçısı” mifini yaratması azərbaycanlıların heysiyyatına toxunmağa istiqamətlənmiş təxribat idi. Ermənilərin Şuşada oyuncaq respublikanın prezidentinə andiçmə mərasimi keçirəndə xalqın yaşadığı hissləri yaxşı xatırlayıram-hamı dövləti bu hadisəyə biganəlikdə qınayırdı-sentyabrın 27-dən sonra prezidentin bütün müsahibələrində bu hadisəni qabartması, ona kəskin münasibətini bildirməsi həmin günlərdə onun hansı hisslər yaşadığınının göstəricisidir. “Şuşada andiçmə mərasimi keçirirdin, Cıdır düzündə keflənib yallı gedirdin, indi hardasan gəl Şuşaya...”-erməni baş nazirinə ünvanlanan bu çağırış prezidentin içində yığılan qəzəbin püskürməsidir. Andiçmədən sonra Azərbaycana, ölkə başçısına qarşı təkəbbürlü, kobud danışan “qondarma prezident” isə gizlənməyə siçan deşiyi axtarır, İrəvandakı havadarı kimi böyük dövlətlərin başçılarına zəng vurur, müraciə edir, yalvarır, onlardan imdad gözləyir.

Qərbin xristian dünyası son vaxtlar insan hüquqları haqqında bəyannamədən çox danışır və bu dəyərlərin orada əks olunmasını vurğulayır. Ancaq bu yalnız bəyannamədir, kağız üzərində qalır və tez-tez pozulduğundan, kimlərin onu necə istəsə özünə uyğun şərh etməsindən o, öz əhəmiyyətini itirmişdir. Sentyabrın 27-si göstərdi ki, adamların öz hüquqlarına hüququ var, həm də insanların ali dəyərlərə sahib olmaq hüququ var. O, bunu heç kəsdən tələb etməməlidir, öz şəxsi gücü ilə bunları qazanmalıdır. İnsan öz həyat tərzi ilə bu hüququnu sübut edə bilər. Heç kəs insanı dərk etmək, oxumaq və təkmilləşmək hüququndan məhrum edə bilməz. İnsan yalnız hər hansı mühazirələrə getməklə, hər hansı söhbətə qulaq asmaqla dəyişə bilməz. Nəzəri qavrayışdan praktiki həyata keçid-hər bir adamın özündən asılıdır. Dünyanı qəbul etmək üçün insan özünü hazırlamağı bacarmlıdır. Qədim Şərqdə deyildiyi kimi, müəllimlər sizə yol göstərə bilər, ancaq sizinlə bu yolu gedə bilməzlər. Əgər bu mümkün olsaydı, onların bəşəriyyətə məhəbbəti bu yolu bizimlə keçməyə imkan verərdi: ona görə də hər bir adam özü həyatın sınağından keçməlidir. Ən böyük sınaq odur ki, ideyaları dərk etməyə, dərk olunanları konkret fəaliyyətdə həyata keçirməyi öyrənəsiniz. Dünyanın yaxşı olduğunu anlamaq azdır, dünyanın diqtə etdiyi ideyaları bəyənməklə iş qurtarmır, bunları həyata keçirmək, yaranan çətinlikdən qorxmadan onları reallaşdırmaq istəyi olmalıdır. Paşinyanı hakimiyyəti gətirən Soros komandası onun intellektual durumunu öyrənməyi unutmuşdurlar-ilk çıxışlarında mövcud münaqişəni həll etməyin mexanizmindən xəbərsiz olduğunu açıq göstərdi, “mən azərbaycanlılar kimi ikinci qorxaq xalq tanımıram...müharibə ilə alınan torpaqları danışıqlarla geri qaytarmağı düşünmək axmaqlıqdır...” - deyən dövlət başçısından konstruktiv nə isə gözləmək sadəlöhvlük olardı. Qorxaq hesab etdiyi xalqın ordusunun öz torpaqlarını müharibə yolu ilə-məhz onun istədiyi kimi-geri qaytarmaq istəyi, torpaqlarımızın vəhşi işğalçıların tapdağından azad edilməsi yolundakı uğurları erməni dığasını qorxuya saldı, ayrı-ayrı dövlət başçılarına zəng etməyə, onların ayağına yıxılıb yalvarmağa, onların dabanlarını yalamağa başladı.

Bizim həyatda istədiyimiz kimi yaşamağımıza mane olan iki xəstəlik-qorxu və tərəddüd-var. Qorxu psixoloji problemdir, tərəddüd isə mental problemdir və onlar bir-birini müşayət edir. İnsanlar nəyi isə itirməkdən-ya olan şeyi itirməkdən, ya da əldə etməli olacaqlarına nail ola bilməyəcəklərindənmi qorxurlar. Elə şeylər var ki, hətta bizim özümüz üçün belə az əhəmiyyət kəsb edir, elə şeylər var ki, o dünyanın gözündə belə dəyərlidir. Çox şey var ki, biz itirməyə qorxruq və bu da xronoloji qorxu yaradır. Biz yalnız nəyi isə etməyə yox, hər şeyə şübhə ilə yanaşı­rıq. Bizi əhatə edən adamlara şübhə ilə yanaşırıq, bu da inam­sız­lıq yaradır. Əgər sonradan düz olduğumuzu başa düşsək, on­da özümüzə inam yaranır, ancaq bununla belə hər şey tə­rəd­düd­dən keçir. Nəticədə özümüzə, öz gücümüzə inamsızlıq yaranır, bununla yanaşı, qapalı olsa da hər halda qorxu böyüyür. İnsanlara itirilməsi mümkün olmayan nə isə lazımdır. Bu elə biz axtarmalı olduğumuz şeydir. Bu axtarışın müəyyən ölçüsü var. Özümüzə inam, başqalarına inam, onlara etibar etmək hissi əldə etməliyik. Ali Baş Komandanın sentyabrın 27-də verdiyi qərar, atdığı qətiyyətli addım göstərdi ki, həyat onu yaşamağa dəyər, edilməsi mümkün olan çoxlu yaxşı işlər var. Bizi əhatə edən dünyada çoxlu problemlər var, lakin biz onları həll etməyə, nəyi isə yaxşıya doğru dəyişdirməyə qadirik. Bu cür yanaşma bizə inam və daxili güc verəcəkdir. Beləliklə, biz heç vaxt itirməyəcəyimiz şeylər əldə edirik, ona görə də ölümdən belə qorxmuruq və aşkar edirik ki, ölümlə həyat qurtarmır. Belə hesab edirəm ki, nə isə möhkəm, daimi, sabit, şəraitindən asılı olmayan, yalnız özümüzdən, öz iradəmizdən asılı olan nə isə tapmalıyıq. Ola bilsin ki, iradə-bizə lazım olan açarlardan biridir.

Sentyabrın 27-dən ölkəmizin, bölgənin, bəlkə də dünyanın yeni tarixini yazan Azərbaycan Respublikasının prezidentinin verdiyi müsahibələrdə, xalqa müraciətində dünyaya bir mesaj var: bizim yeni dünyaya,bu dünyanın yaratdığı yeni elmə ehtiyacımız var, bu elm süni yaradılan maraqlara xidmət etməyəcək və zorakılığı müdafiə etməyəcəkdir-o bizə ən gözəl olanlarla qovuşmağa, yeni qanunlarla, yeni əxlaq norması ilə, qəmə və narahatçılığa yox, həqiqi tədqiqata söykənən incəsənətlə yaşamağa kömək edəcəkdir. Bizə adamları xeyirxahlığa, xoşbəxtliyə aparan siyasət lazımdır, bu gün insanlara zülm gətirən, onları narahat edən siyasətdən uzaqlaşmaq vaxtıdır. Bizə yeni dünya lazımdır-bəşəriyyətin belə dünyaya ehtiyacı var. Bizim edəcəyimiz əsas iş –taleyin bizə verdiyi tarixi anı şüurlu və gərgin yaşamaqdır. Hər bir adam bir növ açar olmalıdır, o, Kainatın qıfılına sərbəst girməli və Tarixin qapısını açmalıdır, bizləri başqa ölçülərə aparmalıdır, bizi gözləyən dünyaya aparmalıdır, bu dünya yalnız yeni yox, həm də yaxşı dünya olmalıdır. Bu gün hər birimiz özümüzə belə bir sual veririk: bizim gördüklərimizdən və görə bilmədiklərimizdən ən qiymətlisi nədir? Maraqdan başqa-Psixeyin əlindəki şamın düşməsinə səbəb olan maraqdan, kəpənəyin qanadlarının yanmasına səbəb olan maraqdan başqa-biz düşünməliyik ki, biz qədim şamanlardan və müasir dövrdən nə əldə edə bilərik? Nə üçün mən danışıram, siz isə qulaq asırsınız? Bu vaxt bizi hərəkətə gətirən nədir? Bu vaxt bizi nə isə birləşdirir və biz birlikdə bu məsələni müzakirə edirik. Bu gün mən danışmağa, siz isə qulaq asmağa məhkumuq, bəlkə də nə vaxtsa siz danışacaqsınız, onda isə mən qulaq asacam. Bu an bizi hərəkətə gətirən, bizi bu şəhərdə, bu anda birləşdirən olduqca qədim, çox qədim bir problemdir, bütün dövrlərdə bu problem insanların qarşısında dayanmışdır: hamı təbiətin müəmmalarını öyrənməyə, insan fenomenini dərk etməyə, İlahinin müdrikliyinə yaxın olmağa can atır-bu məqamda insanların özlərini dərk etməsi vacibdir.

Bu gün Prezidentimizin məqsədi odur ki, insanlar bir çox dəyərləri yenidən toplasınlar, çirkaba batmayan, qədim tarixi olan bu dəyərləri birləşdirib onu müasir dəyərlərlə əlaqəli öyrənsinlər və həqiqi psixoloji bilikləri dirçəltsinlər. Bu biliklər bizə özümüzü, ətraf aləmi dərk etməkdə kömək edə bilər, daxili azadlığa və müstəqilliyə çatmağımıza təkan ola bilər, bu insan üçün olduqca vacib dəyərdir, belə ki, onlarsız heç bir dəyərin əhəmiyyəti yoxdur. Hər bir adam həm nəzəri, həm də praktiki baxımdan əhəmiyyətli olan dəyərləri özü üçün kəşf etməlidir-bu yalnız dünyada olan adamlarla qardaşlıq və məhəbbət haqqında danışmağa yox, həm də qonşunu, qardaşı, dostu sevməyə kömək edəcəkdir. Axı biz hər cür nəzəriyyələr xəstəliyinə tutulmuşuq, belə çıxır ki, bizlər “məhəbbət”, “razılıq”, “sülh”, “afrikalıları sevək”, “asiyalılara rəğbət bəsləyək” deyə qışqırmağımıza baxmayaraq eyni zamanda özümüzə daş atırıq. Biz dinc, yanaşı yaşamağı öyrənməli, özümüzü dərk etməyi bacarmalı və bir məsələni özümüz üçün aydınlaşdırmalıyıq: daxilimizdə bu səslər eşidiləndə bu an bizim hansı hissəmiz danışır? Axı eyni bir səs bəzən kasıblara kömək etməyə çağıra, bəzən isə pis və eqoist hərəkətlər etməyə səsləyə bilməz? Məgər eyni bir səs bizi yeməyə və dua etməyə çağıra bilər? Məgər eyni bir səs bizi dostumuzun və düşmənimizin yanına apara bilər? Aydındır ki, daxilən biz vahid və eyni cür deyilik. Biz mücərrəd mənada vahidik, ancaq psixoloji baxımdan daxili münaqişələrlə yaşayırıq ki, bu da xarici qeyri-sabitliyin nümunəsində təzahür edir. Başqa sözlə desək, davranışımızda olan müxtəlif hədlər və çalarlar daxilimizdəki mübarizənin və daxili qeyri - sabitliyimizin ifadəsidir. Buradan belə nəticə çıxarmaq olar ki, biz özümüzdə olan elə hissəni tapmalıyıq ki, o, bütün yerdə qalanlara rəhbərlik etsin, daxili harmoniyaya cavab versin və onu idarə edə bilsin. Bu hissə düzgün həyat tərzimizi təzahür etdirməlidir, bu həyat tərzi əzablı, özümüzü nəyə isə qurban vermə şəklində təzahür etməməlidir, o, düzgün, layiqli olmalı, təbii olanları duymağı bacarmalıdır. Əgər bu gün bizim asayişi qoruyan polisin hesabına insanlar oğurluq etmirsə, bir-biri ilə rahat davranırsa bu nə deməkdir? Deməli biz özümüzü və başqalarını hələ çox öyrənməliyik ki, polis olmadan belə rahat yaşaya, bir-birimizə hörmət edə bilək. Biz ətrafda olanların, qəbul edilən qanunların təsiri ilə ləyaqətli və şərəfli yaşamağa çalışmamalıyıq, bizi hədələməklə düzgün yola gətirməməlidirlər, biz qəlbimizin səsi ilə bu yolu tutmalıyıq. Bizə elə bir dünya lazımdır ki, bizə kənardan təsir olmasın. Biz hər şeyi bu gün, bu an düzəltməyə cəhd etməliyik – biz filosofların təklif etdiyi, İlahinin fəlsəfəsinə uyğun gələn dünya yaratmağa çalışmalıyıq-biz bu dünyanı yaratmalı, fəlsəfi sərgüzəştlərlə yaşamağı bacarmalıyıq. Məhz sentyabrın 27-dən sonra baş verənlər bizim belə dünyada yaşamağa mənəvi haqqımız olduğunu sübut etdi.

Mən tam qətiyyətlə və əminliklə bəyan edirəm ki, bu dünyanın sahibi var və o, baş verən hadisələrin hamısının, insanların davranışının hesabatını aparır. Kimlərsə törətdikləri bəd əməllərə görə cəzasızlıqlarına arxayın olub daha da azğınlaşır, görünməz hoqqalardan çıxır və nəticədə bu haqsızlıqlar az qala dövlət səviyyəsinə qaldırılır. Bir çox dövlətlər öz hərbi gücünə, müasir texnikasına arxayın olub özlərindən zəiflərə yaşamaq qaydası öyrədir, istənilən vaxt onlara qarşı qəddarlıq etməkdən belə çəkinmirlər. Allah göndərdiyi təbii fəlakətlərlə, təbiətdə olan ayrı-ayrı möcüzələrlə onlara xəbərdarlıq edir, bu səhv yoldan onları çəkindirməyə çalışır. Bəlkə dayanaq, haqqa qayıdaq, Allahımızı tanıyaq, qonaq olduğumuz bu dünyanın qəbul olunmuş normaları ilə yaşamağa başlayaq, vaxtilə əcdadlarımızın təbiətlə yaratdığı harmoniyanı yaradaq və nə istədiyimizi özümüz üçün aydınlaşdıraq.

Bu gün biz özümüzü dərk etməyə daha çox ehtiyac duyuruq. Bizi əhatə edən dünya bizi əzən , bizə təzyiq edən, ağlımızı başımızdan alan dünyadır. Nə siz, nə də mən necə istəsək geyinə bilmirik, istədiyimizi yeməkdə çətinlik çəkirik, istədiyimiz vaxt səyahət edə bilmirik. Əksinə biz ətraf mühitin diktəsi ilə geyinirik, yeyirik, səyahət edirik, bizi kütləşdirən təbliğat bizim üzərimizdə ağır bir yük kimi dayanır. Biz ən çox hay-küyə səbəb olan kitabları oxuyuruq, gözəl şəkillərlə reklam olunan kinolara baxmağa gedirik, kimsə bunları bizə məsləhət görür: “Mütləq oxu, mütləq bu filmə bax”-deyir. Bizi beləcə idarə edirlər və bizim fərdiliyimiz bu nəhəng mamontun-müasir cəmiyyətin ayaqları altında tapdalanır. Cəmiyyət maşın kimidir. Cəmiyyət vəhşi heyvan kimi hər gün bizlərə hücum edir və nəticədə praktiki olaraq bizim heç bir fərdi ideyamız qalmır-nə din, nə fəlsəfə, nə siyasət, nə də ictimai sahədə biz azad ola bilmirik. Bu dünyanın hər bir küncündə adamlar az və ya çox dərəcədə əlaqəsizlikdən, ayrılıqdan əziyyət çəkir, öz üzərində hansısa təsiri hiss edirlər. Bir tərəfdə olanlar “Onlar təsir altındadır”-deyir, o biri tərəfdə olanlar isə “Biz yox, onlar təsir altındadır”-deyə fikir söyləyirlər. Əslində biz hamımız təzyiq altındayıq. Biz nə vaxta qədər bir-birimizi günahlandırmağa, özümüzü təmizə çıxarmağa çalışacağıq? Məncə dayanmağımız,, kimləri isə tənbeh etməkdənsə özümüzü dərk etməyə çalışmağımız daha düzgün yanaşmadır.

Bu gün həm özümüzü dərk etmək yolunu tutmağımız, həm də romalılar kimi “özümüzü ələ almağımız” olduqca vacib və çox gərəklidir. Belə ki, biz muzey eksponatları kimi, hərəkətsiz bir şey kimi özümüzü dərk etməməliyik, biz özümüzü dərk edib fəaliyyət göstərməliyik. Əgər maşını yerindən tərpənə bilmirsənsə onu sürmək eşqinə düşmək lazım deyildir, əgər televizoru müxtəlif kanallara kökləyə bilmirsənsə onu qurmağı bilməyin heç kimə lazım deyildir. Əgər praktiki olaraq fəaliyyət göstərə bilmirsənsə özünü dərk etməyinin heç bir mənası yoxdur. Əgər bəşəriyyətin sabahı naminə, əgər özümüzün xoş sabahı üçün heç nə etməyəcəyiksə onda özümüzü dərk etməyin mənası olmur. İnsanların özlərini dərk etməsinə çalışmaq lazımdır.

Dünya bir az ağlını itirib, aydındır ki, ağılsızları nə cəzalandırmaq, nə də onlardan qorxmaq olmaz, onları müalicə etmək lazımdır. Ona görə də, biz hamımız təbabət allahına-qəlbləri müalicə edən Askleniya oxşamalıyıq. O, əsil filosof idi. Hər kəs öz yerində, dostları arasında, yadların içində, kişi, qadın və uşaqların arasında məşəl, mayak ola bilər, qasırğalara və suların arasında sarsılmaz dayağa çevrilə bilər. İstərdim ki, oxuduqlarınızı tam ümidlə və daxili güclə yadınızda saxlayasınız. İstəyirəm hamınız özünüzü dərk edəsiniz, çatışmazlığı dəf edə biləsiniz, hər cür sınağa dözəsiniz, təmiz qəlbinizlə harmoniyanı qoruyasınız ki, xaosun qara qüvvələrinə qalib gələ biləsiniz. Bu gün yumruq kimi Prezidentin ətrafında birləşmək, başa çatmaqda oan Böyük Qayıdışın birinci mərhələsinin uğurlarını təhlil etmək, növbəti mərhələyə başlamaqla bağlı hazırlığı yekunlaşdırmaq vaxtıdır.

Yaşar Əhmədov

Fəlsəfə üzrə fəlsəfə doktoru,

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin

“İctimai fənlər” kafedrasının dosenti