Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur MN

27 Oktyabr 2020 12:58 (UTC+04:00)

Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutur.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.