Pakistanda partlayış: 7 nəfər ölüb, 70 nəfər yaralanıb

27 Oktyabr 2020 13:04 (UTC+04:00)

Pakistanın Peşavar şəhərində seminariyada törədilən partlayış nəticəsində 7 nəfər ölüb, 70-ə yaxın insan yaralanıb. SİA-nın xəbərinə görə, məlumatı “Dawn” yayıb. Partlayışın məsuliyyətin hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Faciə ilə bağlı araşdırma aparılır.