Virusa karantin qaydalarına riayət etməklə qalib gələ bilərik DİN

27 Oktyabr 2020 12:29 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik”.