Erməni "milli qəhrəmanı" GƏBƏRDİLDİ

27 Oktyabr 2020 11:19 (UTC+04:00)

Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının qərargah rəisi, "Ermənistan və Artsax"ın "milli qəhrəmanı", polkovnik Sergey Şakaryan məhv edilib. SİA xəbər verir ki, onun ölməyini erməni telegram mənbələri də təsdiqləyirlər.

17 yaşından Birinci Qarabağ müharibəsində Füzulidə və Xocavənd istiqamətində gedən döyüşlər zamanı Şakaryan təxribat-diversiya aksiyalarını həyata keçirib, dinc əhaliyə qarşı terrorların törədilməsində aktivliyi ilə seçilib.