İqor Korotçenko: "Azərbaycana qarşı terror çağırışları edən rusiyalı ekspert və politoloqlar məsuliyyətə cəlb olunmalıdır" TƏLƏB

27 Oktyabr 2020 11:10 (UTC+04:00)

"Rusiyanın bir sıra ermənipərəst ekspertləri və erməni mənşəli politoloqları media vasitəsi ilə çıxış edərək fəal şəkildə ortaya belə bir tezislər atırlar ki, Erməni silahlı qüvvələri Azərbaycanın neft-qaz infrastrukturu obyektlərinə raket zərbəsi endirə bilərlər".

SİA xəbər verir ki, bu barədə Rusiyanın tanınmış hərbi-siyasi eksperti İqor Korotçenko özünün telegram səhifəsində yazıb. Onun sözlərinə görə, bənzər fikirlər terror aksiyalarına çağırış kimi qiymətləndirilməlidir.

"Bəlli vətəndaşlara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən müvafiq cinayət işləri açılmalıdır", deyə Korotçenko belə adamların məsuliyyətə cəlb olunmaları vacibliyini vurğulayıb.

O, eyni zamanda bildirib ki, Ermənistana olan hər hansı simpatiya, ya da tərəfində dayanmaq Azərbaycana qarşı terror aksiyalarının törədilməsi çağırışlarına yol verməməlidir.

Rövşən RƏSULOV