İran Azərbaycanla Ermənistan sərhədində hərbi fəallığını artırıb FOTOLAR

27 Oktyabr 2020 10:46 (UTC+04:00)

İranın Ermənistan və Azərbaycanla sərhədlərində ölkənin İslam İnqilabı Korpusunun qüvvələri yerləşdirilib. SİA xəbər verir ki, İranın Mehr News agentliyinin məlumatına görə, rəsmi Tehran korpus əsgərlərini Qarabağdakı mövcud münaqişənin yarada biləcəyi təhlükəsinə görə sərhədə toplayıb. İran agentliyi yazır ki, sərhədə nəinki piyadalar, həmçinin, tanklar da daxil olmaqla müxtəlif texnikalar yığılıb.

Qeyd olunur ki, tanklar və inqilab korpusunun texnikaları həm Azərbaycanla, həm də Ermənistanla sərhəddə olan Culfa, Xudafərin şəhərlərində yerləşdirilib.