“Terrorun mənbəyi qurudulacaq” Fəxrəddin Altun

27 Oktyabr 2020 10:16 (UTC+04:00)

"Terrora qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik". SİA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Tvitter hesabında yazıb.

“Terrorun mənbəyi qurudulacaq. Heç bir terrorçu Türkiyə dövlətinin qüdrətli əllərindən qurtulmayacaq. Cənab Ərdoğanın da dediyi kimi, Türkiyə artıq belə hücumlarla dizayn edilə bilən, yönləndirilən ölkə deyil”, deyə Altun bildirib.