“Milan” - “Roma” görüşündə 6 qol vurulsa da qalib müəyyənləşməyib

27 Oktyabr 2020 01:40 (UTC+04:00)

Futbol üzrə İtaliya A Seriyasında 5-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

Turun mərkəzi görüşündə “Milan” “Roma”nı qəbul edib. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

İtaliya A Seriyası

5-ci tur

26 oktyabr

Milan – Roma 3:3

Qol: İbrahimoviç, 2; 79-pen. Salemakers, 47 – Dzeko, 14. Veretu, 71-pen. Kumbulla, 84.

23 oktyabr

Sassuolo – Torino 3:3

Qol: Dyuriçiç, 71. Kirikeş, 84. Kaputo, 85 – Linetti, 33. Belotti, 77. Lukiç, 79.

24 oktyabr

Atalanta – Sampdoriya 1:3

Qol: Sapata, 70-pen – Kvalyarella, 13. Torsbi, 59. Yankto, 90+2.

Cenoa – İnter 0:2

Qol: Lukaku, 64. D`Ambrosio, 79.

Latsio – Bolonya 2:1

Qol: Alberto, 54. İmmobile, 77 – De Silvestri, 90+2.

25 oktyabr

Kalyari – Krotone 4:2

Qol: Likoyannis, 25. Simeone, 35. Sottil, 45. J.Pedro, 84 – Messias, 21. Molina, 43.

Benevento – Napoli 1:2

Qol: R.İnsinye, 30 – L.İnsinye, 60. Petanya, 67.

Parma – Spetsiya 2:2

Qol: Qalyolo, 34. Kuçka, 90+2-pen – Şabot, 28. Aqudelo, 31.

Fiorentina – Udineze 3:2

Qol: Kastrovilli, 11; 51. Milenkoviç, 21 – Okaka, 43; 86.

Yuventus – Verona 1:1

Qol: Kuluşevski, 78 – Favalli, 60.