“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusu bu gün saat 08.00-dan humanitar atəşkəs rejiminə əməl edir”.
SİA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
A. Eyvazov deyib ki, Ermənistan saat 08.05 radələrindən başlayaraq müxtəlif istiqamətlərdə humanitar atəşkəs rejimini pozub: “Bu gün ərzində Tərtər də daxil olmaqla, yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb”.