Ermənistan fərq qoymadan mülki vətəndaşları hədəfə alıb - Hikmət Hacıyev

26 Oktyabr 2020 18:25 (UTC+04:00)

Saat 08:00-dan 13:00-dək Azərbaycanın Ağcabədi, Tərtər, Ağdam rayonlarına 100-dən çox top mərmisi atılıb. Fərq qoymadan mülki vətəndaşlar hədəf alınıb. Bu, Ermənistanın humanitar atəşkəs öhdəliklərinə necə əməl etdiyini göstərir. Xoşbəxtlikdən, vətəndaşlar arasında itki yoxdur.

SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.