"Soyuz-2" raketi orbitə yeni kosmik aparat çıxarıb

26 Oktyabr 2020 14:37 (UTC+04:00)

Arxangelskdəki Plesetsk kosmodromundan daha bir QLONASS kosmik aparatı "Soyuz-2" raketi ilə kosmosa çıxarılıb. SİA xəbər verir ki, raketin buraxılışı Rusiya Hərbi-Kosmik Qüvvələrin tərəfindən həyata keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, buraxılışdan 2 dəqiqə sonra German Titov adına Baş Kosmik Test Mərkəzinin avtomatlaşdırılmış idarəetmə kompleksi raketi nəzarətə götürüb.

"Soyuz"un və kosmik gəminin orbitə çıxarılması normal rejimdə baş verib. Orbitə çıxarılan yeni peykin də daxil olduğu "Glonass-K" kosmik aparatlar sistemi ilə sabit bir telemetrik əlaqə yaradılıb və sistemləri normal işləyir.

Hazırda kosmosda QLONASS sisteminin 28 kosmik aparatı işləyir.

Elçin