“Qarabağ – mədəniyyətimizin beşiyi”: Şahbulaq qalası

26 Oktyabr 2020 14:08 (UTC+04:00)

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, layihə çərçivəsində növbəti material Şahbulaq qalasına həsr edilib.

Şahbulaq qalası (qəsri) Ağdam şəhəri yaxınlığında 1750-1752-ci illərdə Qarabağ xanı Pənahəli xanın istəyi ilə inşa olunub.

Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Şahbulaq qalası ən çox erməniləşdirilməyə məruz qalan abidələrimizdən biridir. Son dövrlərdə qala bərpa edilərək kilsə kimi istifadə edilir.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.