Rusiya sonadək Ermənistanı ağıllandırmağa çalışdı ki... Yevgeni Mixaylov

26 Oktyabr 2020 14:08 (UTC+04:00)

Bu gün Qarabağda baş verənlər Nikol Paşinyanın simasında Ermənistan Respublikasının Soros rejiminin çoxsaylı təxribatlarına rəsmi Bakının cavabıdır. SİA xəbər verir ki, bu sözləri öz video-müraciətində tanınmış rusiyalı jurnalist, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib.

Ekspertin sözlərinə görə, uzun illər rusofobiya isteriyasının alovlandırılması, faşistlərin qəhrəmanlaşdırılması, Ermənistan ərazisində rus məktəblərinin bağlanması, ermənilərin özlərini müdafiə edən Rusiya Federasiyasının hərbi bazasına qarşı mitinqlər Moskva ilə İrəvan arasında münasibətlərin soyumasına səbəb olub.

“Azərbaycan təcavüzkar deyil. Bu ölkə uzun müddət öz torpaqlarının işğaldan azad olmasını gözləyirdi. Rusiya sonadək Ermənistanı ağıllandırmağa çalışdı ki, müharibə olmasın, amma... olan oldu. Azərbaycan torpaqlarını azad etmək üçün əməliyyatlara başladı. Azərbaycanlılar üçün azadlıq müharibəsi Vətən Savaşına çevrildi! Erməni hərbçiləri Azərbaycanın dinc Gəncə şəhərinə raket zərbələri endirdi. Bu raket zərbələri nəticəsində erməni hərbçilərinin Gəncədə südəmər körpələri necə öldürdüyünün şahidi oldum və sosial şəbəkələrin erməni seqmentində övladına və arvadına yas tutan bir insana güldüklərini gördüm. Sonra anladım ki, Ermənistan məhkumdur!”, deyə Yevgeni Mixaylov bildirib.