Azərbaycanın hərbi aviasiyadan istifadə etməsi xəbəri yalandır - MN

26 Oktyabr 2020 12:10 (UTC+04:00)

Azərbaycanın hərbi aviasiya vasitələrindən istifadə etməsi barədə Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti dezinformasiyadır.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik bildirir ki, Azərbaycan əldə edilmiş yeni humanitar atəşkəs rejimi barədə razılığa riayət edir.