İtaliyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

26 Oktyabr 2020 10:43 (UTC+04:00)

İtaliyada ardıcıl beş gündə rekord sayda koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

SİA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, pandemiya başlayandan ilk dəfə olaraq bir gündə yeni növ virusa yoluxanların sayı 21 mini keçib. Son sutkada 21 273 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Son 24 saat ərzində müalicə alan 128 nəfər vəfat edib. Hazırkı dövrədək ölkədə 525 782 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 338pasiyent dünyasını dəyişib.