Əfqanıstanda terror - Ölənlər var

26 Oktyabr 2020 10:42 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində törədilmiş partlayış nəticəsində azı 29 nəfər həlak olub, daha 72 insan yaralanıb. SİA xəbər verir ki, bu barədə TOLOnews telekanalı bildirib.

Telekanalın məlumatlarında bildirilir ki, hadisə tədris mərkəzinin yanında olub. İlkin informasiyaya görə, hücum kamikadze tərəfindən edilib.

“Al Arabiya” telekanalı isə öz növbəsində bildirib ki, partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Daha əvvəl 1TV telekanalı hadisə zamanı 20 nəfərin həlak olması və 30 nəfərin xəsarət alması barədə bildirib.