Hansı məşhurlarımızın yaxınları cəbhə bölgəsindədir? FOTOLAR

26 Oktyabr 2020 11:30 (UTC+04:00)

Özlərini heç vaxt reklam etməyən bir neçə məşhurun adları açıqlanıb. SİA-nın məlumatına görə, həmin tanınmışlar arasında müğənnilər Əflatun Qubadov və Elçin Hüseynov yer alıb.

Bəlli olub ki, Cəlilabadın Babaxanlı kəndindən olan sənətçinin oğlu Orxan və qardaşı ehtiyyatda olan zabit Ərəstun Qubadovlar ön cəbhədə düşmənlə üz-üzədirlər.

Cəlilabad rayonunun Hacıismayıllı kəndindən olan Elçin Hüseynovun hazırda 7 nəfər qohumu cəbhə bölgəsindədir. İfaçı, eyni zamanda cəbhə bölgəsinə əsgərlərimiz üçün paltar və ərzaq yardımları edir.