Tonlarla ot bağlaması yandı

26 Oktyabr 2020 09:36 (UTC+04:00)

Bərdə rayonunun Soğanverdilər kəndində həyətyanı sahəyə yığılan 30 ton ot bağlamasının 10 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.