MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozub

26 Oktyabr 2020 08:17 (UTC+04:00)

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

SİA xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.