İngiltərə Premyer Liqasında 6-cı tur davam edir.
SİA xəbər verir ki, növbəti oyun günündə daha 3 görüş keçirilib.
"Vulverhempton" - "Nyukasl" matçında qalib müəyyənləşməyib - 1:1. "Lester" səfərdə "Arsenal"a qalib gəlib - 1:0.
Tura bu gün keçiriləcək “Brayton” – “Vest Bromviç” və "Bernli” – “Tottenhem” oyunları ilə yekun vurulacaq.
Qeyd edək ki, turnir cədvəlinə 13 xalla "Everton" başçılıq edir. İkinci pillədə olan "Liverpul"un da xalı eynidir. "Aston Villa" və "Lester" isə 12 xalla uyğun olaraq 3-cü, 4-cü yerləri bölüşdürürlər.
25 oktyabr
İngiltərə Premyer Liqası, 6-cı tur
“Sauthempton” – “Everton” – 2:0
Qollar: Uord-Prouse, 27, Adams, 35
“Vulverhempton” – “Nyukasl” – 1:1
Qollar: Raul Ximenes, 80 – Mörfi, 89
“Arsenal” – “Lester” – 0:1
Qol: Vardi, 80