“Qarabağ”ın israilli rəqibindən növbəti xal itkisi

26 Oktyabr 2020 01:41 (UTC+04:00)

İsrail çempionatında 5-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Makkabi” də növbəti matçına çıxıb. Təl-Əviv təmsilçisi doğma meydanda “Hapoel”lə (Beer-Şeva) qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Bu mövsüm 3 oyun keçirmiş “Makkabi” bu nəticədən sonra 2 xalla 14 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ” Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz “Makkabi” ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də olacaq.