Braziliya yığmasının sabiq hücumçusu Ronaldinyo koronavirusa yoluxub

26 Oktyabr 2020 00:24 (UTC+04:00)

Futbol üzrə Braziliya yığmasının sabiq hücumçusu Ronaldinyo koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

Koronavirus testinin müsbət çıxdığını diqqətə çatdıran veteran futbolçu, xəstəliyin simptomlarını hiss etmədiyini yazıb:

“Tədbirə qatılmışdım. Həmin tədbirdən sonra testdən keçərkən nəticə müsbət oldu. Hazırda yaxşıyam”.