Qubadlı şəhərinin mərkəzinə Azərbaycan Respublikasının Dövlət Bayrağı sancılıb - VİDEO

25 Oktyabr 2020 23:07 (UTC+04:00)

"Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Twitter" səhifəsində paylaşım edib.

Sosialşəbəkələrdə artıq Qubadlı şəhərinin mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağının dalğalandırılmasını əks etdirən video paylaşılıb: https://youtu.be/GLyxXwxLUq0