“Neftçi”nin futbolçusu əməliyyat olundu

25 Oktyabr 2020 17:15 (UTC+04:00)

"Neftçi"nin qapıçısı Səlahət Ağayev Türkiyədə dirsək oynağından əməliyyat olunub. SİA klubun saytına istinadən xəbər verir ki, əməliyyat uğurlu alınıb. Həkimlərin rəyinə görə, qolkiper gələn həftədən bərpa məşqlərinə başlayacaq. Ağayevin 3 həftədən sonra topla hazırlığa start verməsi planlaşdırılır.

Qeyd edək ki, S.Ağayev 2017-ci ildən "ağ-qaralar"da oynayır.