Türkiyənin Bolu bölgəsində 12 fərdi ev yanıb

25 Oktyabr 2020 17:12 (UTC+04:00)

Türkiyənin Bolu bölgəsində yerləşən Kuzfındık kəndində güclü yanğın baş verib. SİA-nın verdiyi məlumata görə, fərdi evdə baş verən yanğın sürətlə ətrafa yayılıb. Nəticədə 12 fərdi ev tamamilə yanaraq külə dönüb.

Yanğının söndürülməsi istiqamətində iş davam edir.