"Ermənistan ərazisindən Azərbaycana hərbi hücumlar təcavüz aktıdır" Prezidentin köməkçisi

25 Oktyabr 2020 14:09 (UTC+04:00)

Ermənistan ərazisindən Zəngilan, Qubadlı və Laçının sərhəd rayonları boyunca Azərbaycana hərbi hücumlar BMT Nizamnaməsində təsbit edilmiş təcavüz aktıdır. SİA-nın verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində bildirib.