Gəncədə erməni terroru nəticəsində həlak olan Rusiya vətəndaşı anılıb

25 Oktyabr 2020 13:25 (UTC+04:00)

Gəncədə Ermənistan silahlı qüvvələrinin raket hücumu nəticəsində dünyasını dəyişən 13 yaşlı Rusiya vətəndaşı anılıb. SİA-nın verdiyi məlumata görə, oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror nəticəsində dünyasını dəyişən 13 yaşlı Artur Mayakovun anım mərasimi keçirilib.

Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində keçirilən mərasimdə dualar oxunub, ermənilərin törətdiyi terror qınanılıb.

Qeyd edək ki, Rusiya vətəndaşı 13 yaşlı Artur Mayakov dünən Gəncə şəhərində dəfn edilib.