Ermənilər yalan koronavirus testi ilə döyüşdən boyun qaçırır Ermənistan MTX məlumatı

25 Oktyabr 2020 12:18 (UTC+04:00)

Döyüşdən boyun qaçırmaq, imtina etmək, yayınmaq üçün Ermənistan vətəndaşları yalan koronavirus testinə əl atırlar. SİA Ermənistana məxsus armenianreport.com saytının yayımladığı məlumata istinadən xəbər verir ki, bu ölkənin Milli Təhlükəsizlik Xidməti, koronavirusun aşkarlanması barədə yalançı nəticələr təqdim etməklə səfərbərlikdən yayınma halları aşkar edib.

İşğalçı ölkənin kəşfiyyat xidmətindən verilən məlumata görə, erməni əsilli hərbçi valideynləri tibb müəssisələrinin laboratoriya müdirlərini və laborantları rüşvət müqabilində övladlarına koronavirus testinin keçrildiyi, müsbət nəticə verdiyi barədə saxta, yalan sənədlər verməyə razı salıblar və belə faktlar həddindən artıq çoxdur. Bildirilir ki, hərbçi valideynləri həqiqətən koronavirus xəstəsi olan başqa pasientlərin nümunələrini rüşvəq müqabilində əldə edərək özladlarını səfərbərlikdən yayındırırlar. Nəticədə hərbi mükəlləfiyyəti olan Ermənistan vətəndaşları ölkələrində elan olunmuş hərbi vəziyyət rejimində öhdələrinə düşən mükəlləfiyyətdən boyun qaçırdıqları da qeyd edilir.
Həmçinin diqqətə çatdırılır ki, faktla əlaqədar olaraq, Ermənistanın Milli Təhlükəsizlik Xidməti istintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Xatırladaq ki, bu il 27 sentyabr tarixində Ermənistan tərəfinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu antiterror əməliyyatlarına başlayıb və uğurlu əməliyyatlar sayəsində, Ali Baş Komandanın rəhbərliyi ilə durmadan endirilən ağır zərbələr nəticəsində düşmən çoxlu sayda canlı qüvvə, hərbi texnika və sursat itgisi verməkdə davam edir və işğal altında olan torpaqlar durmadan, davamlı olaraq işğaldan azad edilir. Qeyd edək ki, düşmən tərəfi itgilərinin fonunda cəbhə xəttinə göndərmək üçün nə canlı qüvvə, nə də hərbi texnika toplaya bilmir. Çünki, ermənilər yaxşı başa düşürlər ki, əvvəla, Dağlıq Qarabağ ərazisi onlara deyil, Azərbaycana məxsusdur, bu torpaqlar uğrunda erməni əsillilərin döyüşməsi əbəsdir və bu döyüşdə Azərbaycan Ordusu dəfələrlə güclüdür, elə bu baxımdan da bundan sonra onların məğlubiyyətləri, itgiləri qaçılmazdır və bu səbəbdən də erməni əsgər valideynləri övladlarını haqlı olaraq səfərbərlikdən yayındırırlar.