Bir gündə rekord sayda insan COVID-19-dan ölüb Ermənistanda

25 Oktyabr 2020 11:13 (UTC+04:00)

Ermənistanda daha 2 314 nəfərdə koronavirus aşkarlanıb. SİA-nın verdiyi məlumata görə, bununla da Ermənistanda virusa yoluxanların sayı 77 837-yə yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 23 nəfər artaraq 1 180-ə çatıb. İndiyədək 50 908 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 25 412 aktiv koronavirus xəstəsi var.