Gürcüstanda daha 1 928 nəfərdə koronavirus aşkarlandı

25 Oktyabr 2020 11:11 (UTC+04:00)

Gürcüstanda son sutkada daha 1 928 nəfərdə koronavirus aşkarlanıb, 604 nəfər sağalıb, 8 pasiyent isə vəfat edib. SİA-nın verdiyi məlumata görə, bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 28 431-ə çatıb. Sağalanların sayı 10 767, vəfat edənlərin sayı isə 201-dir. Hazırda karantində 4 112, stasionar nəzarətdə 3 766 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 2 268 nəfər isə xüsusi otellərdə müalicə alır.