Əfqanıstanda "Əl-Qaidə" liderlərindən biri zərərsizləşdirilib

25 Oktyabr 2020 01:05 (UTC+04:00)
Əfqanıstan təhlükəsizlik qüvvələri terror təşkilatı "Əl-Qaidə" liderlərindən biri Əbu Muhsin əl-Masrini zərərsizləşdiriblər. SİA-nın məlumatına görə, bu barədə Reuters agentliyi bildirib. Onun adı ABŞ Federal Təhqiqat Bürosunun (FTB) ən çox axtarılan terrorçuların siyahısında hallanırdı. Məlumata əsasən, Əbu Muhsin əl-Məsri ABŞ-da xarici terror təşkilatına maddi dəstək verməkdə və Amerika vətəndaşlarını öldürmək üçün əlbirlikdə günahlandırılıb. Silahlı Əfqanıstanın Qəzni əyalətində keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.