Həbib Nurməhəmmədov Castin Qetjiyə qalib gəlib

25 Oktyabr 2020 00:58 (UTC+04:00)
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş keçirilib. SİA xəbər verir ki, döyüş Rusiya təmsilçisinin qələbəsi ilə başa çatıb. H.Nurməhəmmədov bununla yüngül çəkidə UFC çempionu titulunu qoruyub.