18 yaşlı piyada yol qəzasında ölüb
25 Oktyabr 2020 00:02 (UTC+04:00)
Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.
2002-ci il təvəllüdlü Məmməd Vəlişov yolu keçərkən onu minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayonu Polis İdarəsində cinayət işi başlanılıb.