Hikmət Hacıyev: 15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi müharibə cinayətidir

24 Oktyabr 2020 22:40 (UTC+04:00)
Videoda Ermənistanın uşağı əsgər kimi işə götürdüyü göstərilir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi "Twitter" hesabında yazıb. Hikmət Hacıyev bildirib: "15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquqlar - müqavilələr və qanunlar baxımından qadağandır və ICC tərəfindən müharibə cinayətləri kimi təyin olunur".