YAP Gəncləri erməni terrorunun qurbanı olmuş Rusiya vətəndaşının xatirəsini andı SƏFİRLİKDƏ + FOTOLAR

24 Oktyabr 2020 20:55 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin fəalları işağlçı və təcavüzkar Ermənistanın yürütdüyü dövlət terroru siyasəti nəticəsində oktyabrın 17-də Gəncə şəhərinə atdığı raket zərbəsindən sonra ağır yaralanmış və oktyabrın 24-də səhər saatlarında müalicə aldığı xəstəxanada həyatını itirmiş Rusiya vətəndaşı, 13 yaşlı Mayakov Artur Vladimiroviçin xatirəsini anmaq məqsədi ilə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi qarşısına toplaşıblar.

SİA xəbər verir ki, erməni terrorunun növbəti qurbanı olmuş yeniyetmə Arturun xatirəsini anan gənclər səfirlik qarşısına gül-çiçək düzərək, onun fotosunun ətrafında şamlar yandırıblar.

YAP-ın gənc fəalları ələrində həştəq plankartlarını nümayiş etdirərək, erməni terrorunu lənətləyiblər.

Xatırladaq ki, Mayakov Artur Vladimiroviş Rusiyadan Gəncə şəhərinə xalasıgilə qonaq gəlmişdi.

Rövşən RƏSULOV