MN: Düşmənin hücum cəhdinin qarşısı alınıb, əsir götürülənlər var

24 Oktyabr 2020 18:49 (UTC+04:00)
Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.