Robert Rusiyaya getdi, ya yox? Ermənistan mətbuatı

24 Oktyabr 2020 17:33 (UTC+04:00)

İşğalçı ölkəyə məxsus mətbuat səhifələrində yaılan məlumatlara, informasiyalar, onların dəqiqliyinə və doğruluğuna şübhələr var və hazırda bu ölkənin mediasında sual olunur ki, Köçəryan Moskvaya uçdu, ya yox. SİA Ermənistana məxsus aysor.am-a istinadən xəbər verir ki, bu sualla həmin ölkəyə məxsus "Hraparak" qəzeti yazı dərc edib.

Qəzet yazır ki, iki gündür bu ölkənin kütləvi informasiya vasitələri Robert Köçəryanın bəzi danışıqlar aparmaq üçün Moskvaya getdiyini və ya getməli olduğunu yazır. Nəşr yazır ki, ikinci prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan isə bunu inkar edir.

“Bizə məlumat verildi ki, Nikol Paşinyan əvvəlcə “onun sadiq dostu” Robert Köçəryanın Rusiyaya getməsi barədə razılığa gəlib, lakin sonra Paşinyan Köçəryan üçün Rusiyadakı görüşlər dairəsi ilə bağlı bəzi şərtlər irəli sürdü. Digər tərəfdən, bizə bildirildi ki, Robert Köçəryan Ermənistan hakimiyyətindən konkret və həqiqi səlahiyyətlər almayana qədər Moskvaya getməyəcək. "Necə gedəcək, danışıq aparmaq səlahiyyəti yoxdursa nədən danışacaq?",- deyə bildirib

Qeyd olunur ki, üstəlik bu səfərin ideyası ona deyil, Levon Ter-Petrosyana məxsusdur. Dünən Robert Köçəryanın artıq Moskvaya uçduğunu söylədilər, lakin ofisinin rəhbəri bu məlumatı da təkzib etdi. "Xeyr, getmədi. Başqa bir şey deyə bilmərəm" dedi Viktor Soqomonyanın açıqlaması barədə da qəzet yazır.