"Qubadlını görmək arzusundayam"

24 Oktyabr 2020 16:27 (UTC+04:00)

Qubadlıdan olan meyxanaçı Namiq Məna Qarabağdan söz açıb. SİA-nın məlumatına görə, ifaçı Qubadlıya getmək istədiyini bildirib: “Ölkə Başçımız İlham Əliyevin və güclü Ordumuzun sayəsində ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızı geri alırıq. Allah cəbhə bölgəsində şəhid olan əsgərlərimizə rəhmət eləsin. Ailələrinə səbr versin. Tanrı yaralı əsgərlərimizə də şəfa versin.

Onu da qeyd edim ki, mən də qarabağlıyam. Qubadlını görmək arzusundayam. Ata-baba yurduma getmək istəyirəm. Hətta atam dünyasını dəyişəndə mənə deyib ki, “Qubadlı işğaldan azad olunsa, qəbrimə bir ovuc torpağını tökərsən”. Allah o günü görməyi qismət etsin”.