Əkrəm İmamoğlu koronavirusa yoluxub

24 Oktyabr 2020 14:50 (UTC+04:00)

İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBŞB) sədri Əkrəm İmamoğlu COVID-19 virusuna yoluxub.

SİA-nın məlumatına görə, bu barədə Ə.İmamoğlu özünün "Twitter" hesabında məlumat yayıb.

O, səsli müraciət edərək bildirib: “COVID-19 testim müsbət çıxdı, müalicə prosesi başladı. Səhhətim hazırda yaxşıdır, maraqlananların hamısına təşəkkür edirəm. Səhhətinizə və tədbirlərə mütləq diqqət yetirin, hamınızı sevirəm”.